Əsas Səhifə > Cəmiyyət > “İnterpol”un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verildi

“İnterpol”un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verildi


21-01-2020, 12:45
“İnterpol”un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verildi

Çin məhkəməsinin "İnterpol"un keçmiş rəhbəri Men Hunvey ilə bağlı qərarı ictimaiyyətə açıqlanıb.

Rubrika.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, 13,5 il müddətinə azadlıqdan məhrum edilib.

M.Hunvey iyundakı dinləmədə 14,5 milyon yuan (2,1 milyon dollar) miqdarında rüşvət aldığını etiraf etmişdi.

Xatırladaq ki, M.Hunvey keçən ilin sentyabrında "İnterpol"un qərargahı olan Fransadan Çinə səfəri zamanı yoxa çıxmışdı. O, rüşvət almaqda təqsirli bilinərək həbs edilmişdi.

Rubrika.Az
Geri qayıt