Əsas Səhifə > Dünya > İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub
İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub21-01-2020, 16:20 |
![]() İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib. Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir. Rubrika.Az Geri qayıt |