Əsas Səhifə > Araşdırma > İqbal Ağazadə seçki fırıldağına əl atdığını etiraf etdi: skandal statusun SCRİNi
İqbal Ağazadə seçki fırıldağına əl atdığını etiraf etdi: skandal statusun SCRİNi23-01-2020, 14:54 |
![]() Ölkə ictimaiyyəti Ümid sədri İqbal Ağazadənin seçki fırıldağına əl atması ilə bağlı xəbər və video sübutlardan heyrətə gəlib. Bax, bu linkə https://musavat.com/news/qusarli-rauf-abbasovun-vekili-umid-partiyasinin-funksioneri-qosqar-beyler-imis-sok-gelisme-video_673486.html Göründüyü kimi, Musavat.com saytının reportyorları araşdırma nəticəsində üzə çıxardıblar ki, Qusar sakini, Azərbaycan dilində normal yazıb-oxumağı belə bacarmayan Rauf Abbasov Çərkəz oğlunu hansısa vasitələrlə (iddialara görə, rüşvət verərək) Bakıya, Xətai üçüncü seçki dairəsinə gətirən, bununla da əsas rəqibi Abbasov Rauf Arifoğlunun səslərini parçalamağı, seçicini çaşdırmağı hədəfləyən İqbal Ağazadə özüdür. Musavat.com aşkar edib ki, Rauf Abbasovdan 6 aylıq ümumi etibarnamə alaraq (N 7E-1059), onun DSK-dakı fəaliyyətini yürüdən Tərtər rayonu, Qaynaq kəndinə qeydiyyatlı Bəylərov Qoşqar Allahverdi oğlu Ümid partiyasının funksioneri, İqbal Ağazadənin yaxın silahdaşı və təbliğatçısıdır. Onlar məqsədli şəkildə, əvvəlcədən planlayaraq, seçki cinayəti həyata keçirmiş, 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırasını planlamış, bu məqsədlə Qusar sakini, Məlikov 7 ünvanında yaşayan Abbasov Rauf Çərkəz oğlunun anlaqsız vəziyyətindən sui-istifadə etmişlər. Daha sonra Musavat.com müxbirləri Qoşqar Bəylər adlanan Ümid funksioneri ilə video-müsahibə həyata keçirmişdir. Nəticədə aydın olmuşdur ki, Azərbaycanda baş verən yenilənmə prosesinin tərkib hissəsi olan parlament seçkilərinə hiylə və haram qatma ideyası, bunun təşkilatçısı və icraedicilərindən biri bu partiyanın sədri, deputatlığa namizəd Ağazadə İqbal Fehruz oğludur. İfşa materialları dərc olunandan saatlar sonra İ.Ağazadə bunu özü etiraf etmişdir. Belə ki, o, özünün facebook hesabında açıq etiraf edib ki, Abbasov Rauf Çərkəz oğlunu Qusar rayonundan Bakıya, seçkilərdə iştiraka özü gətirib. Etirafını sarkazmla qarışdırsa da, gerçəklik dəyişmir – dürüstlükdən, gerşəklikdən, dəyərlərdən və kişilikdən danışan İqbal Ağazadə üçüncü dünya ölkələrində tətbiq olunan rəzil bir seçki fırıldağına əl atıb – bu, danılmaz faktdır. O, Abbasov Rauf Arifoğlunun səslərini azaltmaq məsədi ilə, öncədən bir qrup şəxslə, o cümlədən də, qardaşı, iş adamı Ağazadə İlqar Fehruz oğlu ilə əlbir olaraq, böyük ehtimalla, rüşvətvermə üsulu ilə Qusar sakini Abbasov Rauf Çərkəz oğlunu Bakıya, seçki prosesində iştirak etməyə vadar etmişdir. Musavat.com məlumatlı olduğu üçün bildirir ki, bu hadisə ilə bağlı Rauf Arifoğlunun seçki qərargahı və Yeni Müsavat Media Qrupunun hüquqşünasları, DSK, MSK və ölkənin baş prokuroruna bu faktı araşdırmaq, bu əməli həyata keçirənləri müvafiq məsuliyyətə cəlb etmək üçün müraciət edəcəklər. Həmçinin, adıçəkilən şəxslərin telefon siqnallarının tarixlər və bölgələr üzrə yoxlanması tələb olunacaqdır. Rubrika.az Geri qayıt |