Əsas Səhifə > Cəmiyyət > Çində yayılan korona virusunun yarasa şorbasından yoluxduğu iddia edildi- Araşdırma

Çində yayılan korona virusunun yarasa şorbasından yoluxduğu iddia edildi- Araşdırma


23-01-2020, 16:45
Çində yayılan korona virusunun yarasa şorbasından yoluxduğu iddia edildi- Araşdırma

Dünyanı qorxuya salan bu virusun necə yayıldığı və insanlara necə yoluxduğu hələ ki, bilinmir.

Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, Çində on yeddi nəfərin həyatına son qoyan korona virusuna görə mütəxəssislər araşdırma aparır. Onların fikrincə virus ölkədə daha çox insanlar tərəfindən qəbul edilən yarasa şorbasından yoluxa bilər.

Bununla yanaşı, ölkədə bu il yanvarın 25-də yeni il ilə əlaqədar milyonlarla insanın ölkəyə gələcəyi təxmin edilir. Bu səbəbdən də dünyada virusa görə böyük bir çaxnaşma var.

Korona virusu heyvanlardan insanlara keçən bir virusdur və elm adamları da bu cür düşünür. Həkimlər isə bu cür viruslara yoluxan xəstələrə isti duş qəbul etməyi, bol su qəbul etməyi və mümkün olduğu qədər yatmağı məsləhət görüblər.

Rubrika.Az
Geri qayıt