Əsas Səhifə > Cəmiyyət > Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub öldü
Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub öldü28-01-2020, 09:24 |
|
Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub. APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Böyük Şor Daş Karxanası 42/1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan, Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Faiq Quliyev mənzilin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Rubrika.az Geri qayıt |