Əsas Səhifə > Dünya > Keçmiş prezident 4 il öncə Azərbaycana qarşı hərbi təxribata yol verdiklərini etiraf etdi
Keçmiş prezident 4 il öncə Azərbaycana qarşı hərbi təxribata yol verdiklərini etiraf etdi28-01-2020, 20:52 |
|
Serj Sərkisyan: "2016-cı ilin aprelində rəqibin qüvvəsini yoxlamaq istədik, amma alınmadı” Bu gün Ermənistandakı ordu günündə bu ölkənin keçmiş prezidenti Serj Sərkisyan maraqlı etirafla çıxış edib. Moderator.az düşmən mediasına istinadən xəbər verir ki, açıqlamasında Ermənistan ordusu ilə bağlı ümidlərini dilə gətirən Sərkisyan, 2016-cı ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi təxribata yol verdiyini etiraf edib. Sərkisyan qeyd edib ki, 2016-cı ilin aprelində Ermənistan rəhbərliyi rəqibin qüvvələrini yoxlamaq, onun gücünü sınağa çəkməy səy etdi. Amma erməni ordusunun bu təcrübəsi alınmadı. Odur ki, indiki şəraitdə bizim vəzifəmiz hazırkı situasiyanı qorumaqdır”. Məlumat üçünq eyd edək ki, 2016-cı ilin aprelində düşmən hücumunu dfə edərək uğurlu əks-hücum təşkil edən Azərbaycan ordusu, erməni hərbi birləşmələrini darmadağın edərək bir sıra strateji yüksəklikləri işğalçılardan azad edib. Rubrika.Az Geri qayıt |