Əsas Səhifə > Siyasət > Ermənistan XİN başçısı Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Ermənistan XİN başçısı Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb29-01-2020, 10:46 |
![]() Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Rubrika.Az xəbər verir ki, bu barədə Ermənistan XİN-in “Facebook” səhifəsində bildirilib. Qeyd edək ki, dekabrın 29-30-da Cenevrədə həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı arasında görüş keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı məsələlər müzakirə ediləcək. Dünən E.Məmmədyarov da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Rubrika.az Geri qayıt |