Əsas Səhifə > İdman > Dünya çempionumuz faciəvi şəkildə öldü
Dünya çempionumuz faciəvi şəkildə öldü29-01-2020, 12:33 |
|
Dağıstanlı sərbəst güləşçi, Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev Rusiyanın Voronej vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Rubrika.Az “Qafqazinfo”ya istinadla bildirir ki, bu barədə onun yaxınları “Midag.ru” saytına danışıblar. Məlumata əsasən, qəza Moskva-Həştərxan avtomobil yolunun 607-ci kilometrliyində, Voronej vilayətinin Qribanovski rayonunda baş verib. Nəticədə Dağıstandan olan dörd gənc dünyasını dəyişib. Qeyd edək ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci ilin avqustunda Macarıstanda keçirilən gənclər arasında sərbəst güləş üzrə dünya çempionatında qızıl medal qazanmışdı. Rubrika.Az Geri qayıt |