Əsas Səhifə > Cəmiyyət > Türkiyədə ard-arda 10-dan çox zəlzələ oldu

Türkiyədə ard-arda 10-dan çox zəlzələ oldu


30-01-2020, 13:56
Türkiyədə ard-arda 10-dan çox zəlzələ oldu

Bu gün Türkiyənin Muğla vilayətində və Marmaris rayonunda ard-arda zəlzələlər baş verib.

Rubrika.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, Marmarisdə ilk təkan yerli vaxtla saat 04:28-də qeydə alınıb. Bu təkan Rixter şkalası üzrə 5,4 bal gücündə olub. Bundan 18 dəqiqə sonra 4,4, yerli vaxtla saat 08:12-də 4,3, 08.43-də isə 4,2, daha sonra isə 2,7 və 4,4 bal gücündə zəlzələlər qeydə alınıb.

Kandilli Rəsədxanası Aralıq dənizi sahillərində ard-arda 10-dan çox təkanlar qeydə alındığını açıqlayıb.

Bir neçə gündür təkanların qeydə alındığı Manisa vilayətinin Akihisar rayonunda da bu səhər 3,7 maqnitudada zəlzələ baş verib.

Rubrika.Az
Geri qayıt