Əsas Səhifə > Cəmiyyət > Saatlıda yol qəzası - SÜRÜCÜ 4 POLİSİ XƏSTƏXANALIQ ETDİ

Saatlıda yol qəzası - SÜRÜCÜ 4 POLİSİ XƏSTƏXANALIQ ETDİ


30-01-2020, 16:50
Saatlıda yol qəzası - SÜRÜCÜ 4 POLİSİ XƏSTƏXANALIQ ETDİ

Saatlı şəhərində polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata əsasən, yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.

RUBRİKA.AZ
Geri qayıt