Əsas Səhifə > Səhiyyə > Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyət elan etməsi nə deməkdir, vəziyyət nə qədər ciddidir?
Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyət elan etməsi nə deməkdir, vəziyyət nə qədər ciddidir?31-01-2020, 11:23 |
|
Çinin Vuhan şəhərində yayılan koronavirusunun 200-dən çox insanın həyatına son qoyması və 18 ölkədə yayılmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib. Bəs görən vəziyyət nə qədər ciddidir? Koronvirusundan ölənlərin sayı 213 nəfərdir, virusa yoluxanların sayı isə 9 min 692 nəfərə çıxıb. Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq fövqəladə vəziyyət elan edib. İsveçrənin Cenevrə şəhərində keçirilən mətbuat konfransıda ÜST-nın prezidenti Tedros Adhanom Qhebreyesus qlobal miqyasda fövləqadə vəziyyət elan edilməsinin səbəbinin təkcə Çində deyil, virusun başqa ölkələrdə yayılmasına görə olduğunu bildirib. Qurum sədri koronavirusun səhiyyə sistemi zəif olan ölkələrdə yayılmasından narahat olduqlarını deyib. Bu günə qədən Çindən başqa 18 ölkədə virus aşkarlansa da, lakin ölən olmadığı bildirilir. Koronavirus ilk dəfə 12 dekabrda Hubey əyalətində Vuhan şəhərində aşkar edilib. Vuhan Bələdiyyəsi Sağlamlıq Komissiyası 31 dekabrda şəhərdə Huanan Dəniz bazarında işləyən 27 nəfərdə bu virusu aşkar etdiyi üçün bazarı qabatmışdı. İlkin araşdırmalar zamanı məlum olmuşdu ki, koronavirusunun yayılmasına səbəb ilan və yarasa kimi heyvanlardan hazırlanan qidalardır. Ona görə də bir müddət ölkədə vəhşi heyvan ticarəti qadağan edilib. Rubrika.Az Geri qayıt |