Əsas Səhifə > Səhiyyə > Biləsuvarda kütləvi zəhərlənmə: Bir ailənin dörd üzvü təcili Bakıya gətirildi

Biləsuvarda kütləvi zəhərlənmə: Bir ailənin dörd üzvü təcili Bakıya gətirildi


3-02-2020, 10:34
Biləsuvarda kütləvi zəhərlənmə: Bir ailənin dörd üzvü təcili Bakıya gətirildi

Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər.

Ailə üzvlərinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt