Əsas Səhifə > Səhiyyə > Ağciyər İnstitutundan daha bir xəbər
Ağciyər İnstitutundan daha bir xəbər3-02-2020, 10:56 |
|
Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir ölüm faktı qeydə alınıb. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib. Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyulub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub. Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər. Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir. Rubrika.Az Geri qayıt |