Əsas Səhifə > Cəmiyyət > Arvadının boğazını kəsən sabiq icra başçısının oğlu saxlanıldı - Cinayət işi başlandı
Arvadının boğazını kəsən sabiq icra başçısının oğlu saxlanıldı - Cinayət işi başlandı4-02-2020, 15:39 |
|
Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb. Rubrika.Az-ın Unikal.org-a istinadəni məlumatına görə, keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. Rubrika.Az Geri qayıt |