Əsas Səhifə > Cəmiyyət > Bakıda narkotacir saxlanılıb

Bakıda narkotacir saxlanılıb


5-02-2020, 11:40
Bakıda narkotacir saxlanılıb

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş V.Məmmədovun ətrafında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Quşçuluq yaşayış sahəsindəki evindən 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Rublika.Az
Geri qayıt