Əsas Səhifə > Cəmiyyət > Dövlət İmtahan Mərkəzi işçi axtarır
Dövlət İmtahan Mərkəzi işçi axtarır6-02-2020, 10:53 |
|
Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) müqavilə əsasında işçi qəbulu elan edib. Rublika.Az "Report"-a istinadən bildirir ki, DİM-dən verilən məlumata görə, namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır: - Musiqişünaslıq ixtisası üzrə magistr təhsili; - Azərbaycan və rus dillərini bilmək; - Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq; - Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq; - Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək; - Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək. İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Rublika.Az Geri qayıt |