Əsas Səhifə > Cəmiyyət > "Lotu Quli"ni öldürmək üçün gedən killerlər briqadasının 7 üzvü həbs edildi
"Lotu Quli"ni öldürmək üçün gedən killerlər briqadasının 7 üzvü həbs edildi6-02-2020, 15:47 |
|
İstanbulda "Lotu Quli"ni öldürmək üçün hərəkətə keçən və rəhbəri Andri Malyi adına saxta şəxsiyyət vəsiqəsinə sahib olan Quram Çıkladzenin olduğu “Rusiya mafiyası”na məxsus 7 nəfərdən ibarət dəstə həbs edilib. Rubrika.Az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb. Bildirilir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 6-da Sarıyer, Kağıthane və Gaziosmanpaşa bölgələrində keçirilən əməliyyatlar zamanı yaxalanan mütəşəkkil cinayətkar qrupun üzvləri - 1 Rusiya, 9 Azərbaycan, 5 Gürcüstan və 2 Ukrayna vətəndaşı prosedurlar tamamlandıqdan sonra Bakırköy Məhkəməsinə təhvil verilib. Prokurorluq ifadələri alınan şübhəlilərdən 16-sı barəsində həbs qərarının çıxarılması tələbi ilə işi məhkəməyə göndərib. Araşdırmadan sonra bir nəfər sərbəst buraxılıb. Çıkladze də daxil olmaqla 7 şübhəli Bakırköy məhkəməsinin hakimi tərəfindən "cinayət törətmə məqsədi ilə təşkilat qurma", “cinayətkar təşkilata üzv olma", "qəsdən adam öldürməyə cəhd etmə", "6136 saylı qanuna qarşı çıxma" ittihamları ilə həbs olunublar. Digər 9 şübhəli isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. ◀▶ Saxlanılan şübhəlilərin 2016-cı ildə İstanbulda Azərbaycan vətəndaşı Rövşən Canıyevin öldürülməsində günahkar bildikləri "Lotu Quli" ləqəbli Nadir Səlifovu öldürmək üçün İstanbula gəldikləri iddia edilir. Bundan əlavə, şübhəli şəxslərin, o cümlədən, cinayətkar dəstənin rəhbəri Quram Çıkladzenin, 22 dekabrda Beşiktaşdakı bir kafedə Səlifova yaxın olduğu iddia edilən Azərbaycan vətəndaşını döydüyü və bıçaqladığı da müəyyən edilib./virtualaz.org Rubrika.Az Geri qayıt |