Əsas Səhifə > Cəmiyyət > Bakıda yaşayış kompleksində yanğında 5 nəfər xəsarət alıb

Bakıda yaşayış kompleksində yanğında 5 nəfər xəsarət alıb


6-02-2020, 16:08
Bakıda yaşayış kompleksində yanğında 5 nəfər xəsarət alıb

Bakıda yaşayış kompleksində yanğın olub.

Səhiyyə Nazirliyindən Rublika.Az-a verilən məlumata görə, “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 Fövqəladə Hallar Nazirliyinin işçisindən ikisi Yanıq Mərkəzinə, ikisi isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.


Rublika.Az
Geri qayıt