Əsas Səhifə > Cəmiyyət > Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu
Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu7-02-2020, 10:13 |
|
Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub. Bu barədə Rublika.Az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüdlü Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib. Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb. Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub. S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib. Faktla bağlı araşdırmalar davam edir. Rublika.Az Geri qayıt |