Əsas Səhifə > Bölgə > Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto
Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto7-02-2020, 11:33 |
|
Fevralın 4-də Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının və nağd pulun oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rublika.Az verilən məlumata görə dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə istintaqa təhvil verilib. .Faktla bağlı araşdırma aparılır. Rublika.Az Geri qayıt |