Əsas Səhifə > Dünya > Güclü qasırğa yanğına səbəb oldu - İcra başçısı hadisə yerinə gəldi

Güclü qasırğa yanğına səbəb oldu - İcra başçısı hadisə yerinə gəldi


7-02-2020, 11:46
Güclü qasırğa yanğına səbəb oldu - İcra başçısı hadisə yerinə gəldi

Quba Rayonunun dağ kəndlərində güclü qasırğa müşahidə olunur.

Rubrika.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon mərkəzindən 70 km aralıda yerləşən Qarxun kəndində qasırğa yanğınlara səbəb olub.

Sakinlərin verdiyi məluamat görə, güclü külək nəticəsində ot tayalarında başlamış yanğın artıq evlərə və tövlələrə keçib. Hazırda 3 evin yandığı bildirilir.

Qeyd edək ki, Quba Rayon İcra başçısı Ziyəddin Əliyev hadisə yerinə gedib.

Rubrika.az
Geri qayıt