Əsas Səhifə > Siyasət > Ermənilər Avropa Parlamentindən Azərbaycana qarşı cəza tələb edir: "Onlar qatildir və bizi sevmir”

Ermənilər Avropa Parlamentindən Azərbaycana qarşı cəza tələb edir: "Onlar qatildir və bizi sevmir”


7-02-2020, 16:25
Ermənilər Avropa Parlamentindən Azərbaycana qarşı cəza tələb edir: "Onlar qatildir və bizi sevmir”

Fevralın 5-ə Avropa Parlamentində “Unudulmuş qaçqınlar: Bakı erməniləri ilə nə baş verdi?” sərlövhəli məruzədə erməni “ziyalıları”, “hüquq ekspertləri” ölkəmizin ünvanına kəskin bəyanatlar səsləndirib, adıçəkilən qurumdan Azərbaycanı cəzalandırmağı tələb ediblər.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Azərbaycanda guya 1988-1990-cı illərdə onlara qarşı kütləvi zorakılıq həyata keçirildiyini iddia edən ermənilər, Avropa Parlamentinin 1990-cı ildəki qətnamələrində də bu məsələnin öz əksini tapdığını bildiriblər. Düşmən tərəfi bildirib ki, yeni zorakılıqların baş verməməsi üçün Azərbaycanın “törətdiyi “cinayətlərə görə cəzalandırılması” vacibdir.

Tədbirdə çıxış edən Ermənistanın Avropa Birliyindəki nümayəndəliyinin rəhbəri Tatul Marqaryan “Bakı qətliamının” II Dünya Müharibəsindən sonra Avropada baş verən ilk qırğın və “etnik təmizləmə” olduğunu bildirib.

Məruzəçilər Azərbaycanda ermənilərə qarşı nifrət siyasətinin formalaşdırıldığını bildirib və buna görə Azərbaycan dövlətini ittiham ediblər.

Xatırladaq ki, son bir ildə ermənilərin qondarma “Bakı qətliamı” ilə bağlı apardıqları təbliğat işi sürətlə genişlənməkdədir. İstər XX əsrin əvvəlində, istərsə də sonlarında Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən ermənilərin özlərini bu hadisələrin təşkilatçıları kimi deyil, qurbanları kimi təqdim etməsi, ölkəmizə qarşı cəfəng iddialar irəli sürməsi erməni xislətinin əzəli və əbədiliyindən xəbər verir. Hansı ki, bu yalanlara qarşı Azərbaycan tərəfinin daha sistemli mübarizə aparmasına ehtiyac olduğu göz önündədir.

Rubrika.Az
Geri qayıt