Əsas Səhifə > Aktual > Nazirliyin departament rəhbəri mənimsəmədə suçlanır - TƏFƏRRÜAT
Nazirliyin departament rəhbəri mənimsəmədə suçlanır - TƏFƏRRÜAT7-02-2020, 16:50 |
![]() Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq işçisi hakim qarşısına çıxarılıb. O, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onunla birlikdə daha 4 nəfər də müttəhimlər kürsüsündə çıxarılır. Rublika.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adı çəkilən nazirliyin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, iş üzrə təqsirləndirilən şəxslər 5 nəfərdir. Onlardan biri həbsdə, digərləri isə ev dustaqlığındadır. Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib. Yalnız İlqar Hacıyev həbsdədir. Departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılır. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb. Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər şəxs də var. Onlar nazirliyin əməkdaşlarıdır. İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də məhz əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir. Nazirliyə dəymiş zərər 200 min manata yaxındır. Məhkəmədə İlqar Hacıyevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığında buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib. Qeyd edək ki, Əkbər Həsənovun əməllərinin üstü Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər naziri təyin edilməsindən sonra açılıb. Xatırladaq ki, uzun illər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı departamentin maliyyə yükünün "şişirdilməsində”, quruma tabeli stansiyalarda çoxsaylı "ölü can”ların saxlanmasında çəkilirdi. Əkbər Həsənovun Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülklərinin, obyektlərinin və digər daşınmaz əmlaklarının mövcuddur. Əkbər Həsənovun 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - müəyyən illərlə direktor və direktor müavini işləyib. Rublika.Az Geri qayıt |