Əsas Səhifə > Cəmiyyət > Aprel qazisi vəfat etdi - FOTO
Aprel qazisi vəfat etdi - FOTO10-02-2020, 10:30 |
|
2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu vəfat edib. Rubrika.Az Oxu.Az-a istinadən xəbər xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Hacıyev gecə saat 2 radələrində müalicə aldığı “Ege Hospital”da vəfat edib. Qeyd edək ki, Q.Hacıyev 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub. Son olaraq, 2018-ci ilin oktyabrında vəziyyəti pişləşən qazimiz “Ege Hospital”a yerləşdirilmişdi. Q.Hacıyevin müalicəsi ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın göstəriş vermişdi. Oktyabrın 27-də qazimiz komadan ayılmışdı. Rubrika.Az Geri qayıt |