Əsas Səhifə > İdman > Zlatan İbrahimoviç Milan derbilərinin tarixinə düşüb

Zlatan İbrahimoviç Milan derbilərinin tarixinə düşüb


10-02-2020, 10:49
Zlatan İbrahimoviç Milan derbilərinin tarixinə düşüb


İtaliya A seriyasının XXIII turunda “İnter”ə qarşı keçirilən oyun “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Rubrika.Az Apasport.az saytının məlumatına istinadən bildirir ki, komandası məğlub olmasına baxmayaraq, isveçli forvard fərqlənərək tarixə düşüb.

Birinci hissənin sonlarında “Milan”ın ikinci topuna imza atan veteran oyunçu Milan derbilərində fərqlənən ən yaşlı futbolçu ünvanına yiyələnib. İbrahimoviç buna 38 yaş 129 günlüyündə nail olub.

Qeyd edək ki, “Milan” – “İnter” derbisi ikincilərin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Rubrika.Az
Geri qayıt