Əsas Səhifə > Müsahibə > Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər — MSK sədri AÇIQLADI
Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər — MSK sədri AÇIQLADI10-02-2020, 11:07 |
|
Hadı Rəcəbli deputat seçilməyə bilər. Rubrika.Az-ın Demokrat.az-a istinadən xəbərinə görə, Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilə bilər. MSK sədri qeyd edib ki, ola bilsin ki, bu müraciətlərin əsası yoxdur: "Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”. Qeyd edək ki, MSK-nın ilkin nəticələrinə görə, bu dairədən Hadı Rəcəbli 9 min 594 səs (53,1 faiz) toplayıb. Rubrika.Az Geri qayıt |