Əsas Səhifə > Cəmiyyət > "Buta Airways"in təyyarəsi Volqoqradda məcburi eniş edib..
"Buta Airways"in təyyarəsi Volqoqradda məcburi eniş edib..10-02-2020, 14:04 |
|
Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb. Rubrika.Az bildirir ki, bu barədə "Buta Airways"-dən Trend-ə bildirilib. Qeyd edilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi. Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir. Rubrika.Az Geri qayıt |