Əsas Səhifə > Siyasət > Deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı... – MSK-dan açıqlama

Deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı... – MSK-dan açıqlama


10-02-2020, 17:00
Deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı... – MSK-dan açıqlama 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik kokret fikir bildirmək çətindir. Rubrika.Az-ın Teleqraf.com-a istinadən məlumatına görə, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, bu məsələ araşdırılacaq: “Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”. Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: "Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq". Rubrika.Az
Geri qayıt