Əsas Səhifə > Cəmiyyət > Agentlik: “Qarlı yollarda bunları nəzərə alın”..
Agentlik: “Qarlı yollarda bunları nəzərə alın”..11-02-2020, 10:22 |
|
Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi çətinlik yaratmayıb. Bu barədə Rublika.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhərətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb: “Buna baxmayaraq, buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb. Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik”. Rublika.Az Geri qayıt |