Əsas Səhifə > Dünya > Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb..

Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb..


11-02-2020, 11:16
Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb..



Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində 5 nəfər ölüb.

Rublika.Az-ın Apa-a istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi bildirib.

Terror aktı Kabildə Marşal Rəhim adına hərbi akademiyanın yaxınlığında baş verib.

Hadisə nəticəsində 4 hərbçi və bir mülki şəxs ölüb, 5 hərbçi və bir mülki vətəndaş isə yaralanıb.

Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.


Rublika.Az
Geri qayıt