Əsas Səhifə > Cəmiyyət > Sabahın hava proqnozu..
Sabahın hava proqnozu..11-02-2020, 12:57 |
|
Bakıda və Abşeron yarımadasında fevralın 12-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Rublika.Az-a verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq. Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Rublika.Az Geri qayıt |