Əsas Səhifə > Aktual, Cəmiyyət > Qoşqar Hacıyevlə vida mərasimi keçirilir (FOTOLAR)..
Qoşqar Hacıyevlə vida mərasimi keçirilir (FOTOLAR)..11-02-2020, 14:12 |
|
Hazırda Aprel döyüşlərinin iştirakçısı, mərhum qazi Qoşqar Hacıyevlə vida mərasimi keçirilir. Rublika.Az xəbər verir ki, Bu barədə Qaynarinfo-ya açıqlamasında tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu deyib. Heydər Əliyev Məscidində baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edir. Rey Kərimoğlunun sözlərinə görə, mərhum Qoşqar Hacıyevlə vida mərasimi saat 15.00-da başa çatacaq. Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında "Ege” hospitalda dünyasını dəyişib. Rublika.Az Geri qayıt |