Əsas Səhifə > Hadisə > Bakıda 4-cü kurs tələbəsi dəm qazından öldü..
Bakıda 4-cü kurs tələbəsi dəm qazından öldü..12-02-2020, 10:30 |
|
Bakıda gənc qız dəm qazından boğulub. Rublika.Az-ın Trendə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında baş verib. Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb. Rublika.Az Geri qayıt |