Əsas Səhifə > Dünya > ABŞ bu ölkələri rəsmən düşmən adlandırdı: 700 milyon dollarlıq savaş planı...

ABŞ bu ölkələri rəsmən düşmən adlandırdı: 700 milyon dollarlıq savaş planı...


12-02-2020, 12:21
ABŞ bu ölkələri rəsmən düşmən adlandırdı: 700 milyon dollarlıq savaş planı...

ABŞ büdcə sənədlərində Çin və Rusiyanı rəsmi şəkildə düşmən adılandırıb və bu ölkələrə qarşı mübarizə məqsədi ilə 700 milyon dollar məbləğində vəsait ayırıb.


Moderator.az xarici mediaya istinadən xəbər verir ki, prezident administrasiyası tərəfindən hazırlanan sənəddə hər iki dövlət ABŞ üçün əsas təhdid mənbələri kimi göstərilib. Qeyd olunur ki, 700 milyon dollar məbləğində vəsait Avropa, Avrasiya və Orta Asiyadakı ABŞ müttəfiqlərinə dəstək olmaq, “ümumi təhlükəsizliyi gücləndirməyə” sərf olunacaq.
Bundan başqa, daha 24 milyon dollar isə Rusiyaya qarşı informasiya mübarizəsinə sərf ediləcək ki, bu da ABŞ-ın Kreml təhlükəsinə qarşı getdikcə daha böyük maliyyə vəsaiti ayırmasından xəbər verir.


Hələlik Tramp administrasiyası tərəfindən hazırlanan layihənin konkres tərəfindən təsdiq edilib-edilməyəcəyi məlum deyil. Ekspertlər hesab edir ki, ABŞ-ın son illər xarici borcunun rekord həddə çatması gerçəyi bu sənədin konkres tərəfindən ciddi redaktələrə məruz qalacağı ehtimalını artırır.

Rubrika.a
Geri qayıt