Əsas Səhifə > Cəmiyyət > Bakı polisi: Ərzulla Buludlunun xəsarət alması ilə bağlı deyilənlər əsassızdır

Bakı polisi: Ərzulla Buludlunun xəsarət alması ilə bağlı deyilənlər əsassızdır


12-02-2020, 12:40
Bakı polisi: Ərzulla Buludlunun xəsarət alması ilə bağlı deyilənlər əsassızdır

“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsassızdır”.

Bu barədə "Report"a Bakı Şəhər Baş polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, polisin təşəbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.

Qeyd edək ki, rəsmi məlumata görə, fevralın 11-də, saat 18:00 radələrində Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib

Rubrika.az
Geri qayıt