Əsas Səhifə > Dünya > Trampın seçkilərdəki rəqibindən böyük qələbə
Trampın seçkilərdəki rəqibindən böyük qələbə12-02-2020, 17:40 |
|
Nyu-Hempşir ştatında “praymeriz”də səslərin 90 faizinin sayılmasından sonra Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Berni Sandersin qələbə qazandığı məlum olub. Bu barədə CNN telekanalı xəbər yayıb. Siyasətçi Nyu-Hempşirdə tribunaya çıxaraq qələbəsini elan edib. Sanders ona kömək edən insanlara, eləcə də, müxaliflərinə minnətdarlığını bildirib. “Nevadaya gedirik, Cənubi Karolinaya gedirik, bu ştatlarda da qazanacağıq”, - deyə Sanders bəyan edib. Qeyd edək ki, ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesinə start verilib Rublika.Az Geri qayıt |