Əsas Səhifə > Cəmiyyət > Şamaxı və İsmayıllıda yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb..
Şamaxı və İsmayıllıda yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb..12-02-2020, 14:46 |
|
İsmayıllı və Şamaxı rayonlarında şaxtalı hava şəraiti davam edir. Rublika.Az-ın Apa-a istinadən xəbərinə görə , yolların buz başlaması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Ötən gecə Muğanlı-İsmayıllı dolayları, Ağsu aşırımı, Şamaxı-Pirqulu və Şamaxı-Göylər avtomobil yolları, İsmayıllı-Lahıc yolu buz bağlayıb. Hər gün yollaraa qum-duz qarışığı səpilsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub. Səhər saatlarında Muğanlı-İsmayıllı yolunun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yolda 50-dən çox maşın qalıb. Sərt enişli-yoxuşlu yollar və günəş işığı düşməyən dolaylar sürüşkən olduğundan, hərəkət edə bilməyən avtomobillər geri qayıtmaq məcburiyyətində qalıb. Yol istismar idarəsinin işçiləri buz bağlayan ərazilərə qum-duz qarışığı səpir, yollar qardan təmizlənir. Axşam saatlarına doğru yenə şaxta düşəcəyi ehtimal olunduğundan, sürücülərə ehtiyatlı olmaları və alternativ yollardan istifadə etmələri məsləhət görülür. Rublika.Az Geri qayıt |