Əsas Səhifə > Cəmiyyət > Mənzildən 56 yaşlı kişi meyiti tapılıb..
Mənzildən 56 yaşlı kişi meyiti tapılıb..12-02-2020, 16:16 |
|
Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Şükürov Salman Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Rubrika.Az Geri qayıt |