Əsas Səhifə > Siyasət > Bakı meriyası müxalifətin mitinqinə icazə vermədi

Bakı meriyası müxalifətin mitinqinə icazə vermədi


12-02-2020, 16:36
Bakı meriyası müxalifətin mitinqinə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

BŞİH-dən virtualaz.org-a verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər 9 fevral seçkilərində baş verənlərlə bağlı paytaxtda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdilər.

Mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının qarşısındakı meydanda keçirilməsi nəzərdə tutulurdu.

Rubrika.az
Geri qayıt