Əsas Səhifə > Hadisə > Bakıda kişi arvadının burnunu bıçaqladı..
Bakıda kişi arvadının burnunu bıçaqladı..13-02-2020, 11:00 |
![]() Bakıda ər arvadına avtomobildə xəsarət yetirib. Rubrika.Az Reporta istinadən xəbər verir ki, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayon, “Azadlıq” prospekti ərazsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib. Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb. F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |