Əsas Səhifə > Aktual > Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi..
Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi..13-02-2020, 12:53 |
|
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib. Rubrika.Az İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb: “Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”. “Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, - deyə qurumdan qeyd edilib. Rubrika.Az Geri qayıt |