Əsas Səhifə > Cəmiyyət > Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb..

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb..


13-02-2020, 15:14
Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb..


Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.


Rubrika.Az
Geri qayıt