Əsas Səhifə > Cəmiyyət > Üç erməni idmançını məğlub edən Bakı məktəblisi..
Üç erməni idmançını məğlub edən Bakı məktəblisi..13-02-2020, 15:16 |
![]() Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb. Bu barədə musavat.com-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. 12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb. Qeyd edək ki, bu Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb. Rubrika.Az Geri qayıt |