Əsas Səhifə > Gündəm > İran prezidenti istefaya gedir? - ŞOK İDDİA..
İran prezidenti istefaya gedir? - ŞOK İDDİA..13-02-2020, 15:52 |
|
İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb. Bu barədə “Al-Monitor” elektron qəzeti yazıb. Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib. İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək. Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib: “Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”. Rubrika.Az Geri qayıt |