Əsas Səhifə > Hadisə > Rusiya məhkəməsi "Twitter"i cərimələyib..

Rusiya məhkəməsi "Twitter"i cərimələyib..


13-02-2020, 16:08
Rusiya məhkəməsi "Twitter"i cərimələyib..


Moskva Məhkəməsi "Twitter"i 4 milyon rubl (63 min ABŞ dolları) məbləğində cərimələyib.
Rubrika.Az-ın Apa-a istinadən xəbərinə görə, məhkəmə ABŞ-ın "Twitter" kompaniyasını rusiyalı istifadəçilərin şəxsi məlumatları olan serverləri Rusiyaya gətirməkdən imtina etməsinə görə cərimələyib.

"ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan xarici hüquqi şəxs "Twitter Inc" inzibati cinayət törətməkdə təqsirkar bilinərək 4 milyon rubl məbləğində cərimələnsin”, - deyə məhkəmənin hökmündə bildirilib.


Rubrika.Az
Geri qayıt