Əsas Səhifə > Cəmiyyət > Bakıda liftlərin təmirinə ayrılan pulları mənimsəməkdə suçlanan daha bir rəisin cinayət işi

Bakıda liftlərin təmirinə ayrılan pulları mənimsəməkdə suçlanan daha bir rəisin cinayət işi


13-02-2020, 16:39
Bakıda liftlərin təmirinə ayrılan pulları mənimsəməkdə suçlanan daha bir rəisin cinayət işi Daha bir litr idarəsinin rəisi hakim qarşısına çıxarılıb. O da lift düzəltmək adı ilə külli miqdar dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Rubrika.az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində "Baklift-3" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin şöbə rəisi olmuş Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Əhməd Hüseynov liftlərin təmiri və yenilənməsi üçün rəhbərlik etdiyi şöbənin hesabına köçürülən vəsaitlərinin bir hissəsini mənimsəməkdə, israf etməkdə suçlanır. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham edilir. Onun barəsində həbs qərarı çıxarılmayıb. Hazırda ev dustaqlığındadır. Bu iş üzrə "Lifttəmir" İstehsalat Birliyi bu cinayət işində zərərçəkmiş kimi tanınır. Mənimsənildiyi iddia olunan 136 min manatı tələb edir. Amma Əhmədov özü nə təqsirli bilmir. Məhkəmədə ifadə verəndə bildirib ki, 136 min manatı mənimsəməyib: "Ayrılmış vəsaitlər mal-materialların alınmasına xərclənib. Mənə demişdilər ki, bu işlər qısa müddətdə yerinə yetirilməlidi. Ona görə kənardan əlavə işçilər cəlb eləmişdik. Amma onlarla müqavilə bağlanmamışdı. Onların pulunu vermək üçün məcbur idik ki, materialların dəyərini artıq göstərək". Ə.Hüseynov isə özünü təqsirli bilməsə də, 50 min manat bu idarəyə ödəmək üçün depozit hesaba köçürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində liftlərə ayrılan pulların yeyintisilə bağlı "Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir. Rubrika.az
Geri qayıt