Əsas Səhifə > Siyasət > MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi

MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi


13-02-2020, 17:14
MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi

80 saylı İmişli- Beyləqan seçki dairəsindən qeydə alınan namizədlər həmin dairədə səsvermə günü qanun pozuntularının baş verdiyi, bir neçə seçki məntəqəsində ciddi pozuntulara yol verildiyi barədə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Rubrik.Az modern.az-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

Belə ki, adıçəkilən dairədən qeydə alınan namizədlər Razim Əmiraslanlı və Hikmət Şirinov seçki günü pozuntulara yol verildiyini iddia edərək, MSK-dan 49 seçki məntəqəsindən 29-da nəticələrin ləğvini tələb ediblər.

İclasda müraciətlərə münasibət bildirən MSK-nın ekspert qrupu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvini qərara alıb.

Qeyd edək ki, bu seçki dairəsində Çingiz Qənizadə qalib elan edilmişdi.

Rubrika.Az
Geri qayıt