Əsas Səhifə > Aktual > Son 141 ilin ən isti yanvar ayı bu il oldu..
Son 141 ilin ən isti yanvar ayı bu il oldu..14-02-2020, 10:57 |
|
141 ildir qeydiyyatı aparılan iqlim məlumatlarına görə, quruda və dənizdə 20-ci əsrin ortalama temperatoru 12 dərəcə idisə, bu ilin yanvarında 1,4 dərəcə artıb. Rubrika.Az Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyası açıqlama yayıb. Müşahidələr onu göstərir ki, ard-arda 44-cü ildir ki, yanvar ayında temperatur yüksəlir. Bu, dünyanın getdikcə isinməsinə işarədir. Yer üzündə temperatur ən çox Rusiya, Skandinaviya və Kanadanın şərq bölgələrində yüksəlib. Buralarda yanvar ayında istilik orta temperaturdan 5 dərəcə artıq olub. Mütəxəssislər statistik məlumatlara əsasən bildirirlər ki, 2020 qeydiyyatı aparılmış ən isti 5 ildən biri ola bilər. Rubrika.Az Geri qayıt |