Əsas Səhifə > Hadisə > Bakıda ticarət mərkəzindən oğurluq edilib..
Bakıda ticarət mərkəzindən oğurluq edilib..14-02-2020, 11:13 |
![]() Bakıda ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb. Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə fevralın 13-də, saat 14:00 radələrində Binə Ticarət Mərkəzində yerləşən mağazalarının birində qeydə alınıb. Belə ki, paytaxt sakini T.Məmmədova məxsus mağazadan 1500 manat dəyərində 15 ədəd çanta oğurlanıb. Daha sonra T.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cü Polis Bölməsi (PB), Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Dilavər Səmədov və 1976-cı il təvəllüdlü Akif Süleymanov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |