Əsas Səhifə > Dünya > ABŞ Vyetnam müharibəsindən çox itirəcək: Sülh dövrü daha baha başa gəlirmiş?

ABŞ Vyetnam müharibəsindən çox itirəcək: Sülh dövrü daha baha başa gəlirmiş?


14-02-2020, 12:23
ABŞ Vyetnam müharibəsindən çox itirəcək: Sülh dövrü daha baha başa gəlirmiş?

ABŞ-ın cənubunda – Meksika ilə sərhəddə tikilməkdə olan divar Birləşmiş Ştatların büdcəsini çökdürməkdədir.

Moderator.az xarici mənbələrə istinadən xəbər verir ki, Meksikadan qanunsuz miqrant və narkotacirlərin ölkə ərazisinə sızmasının qarşısını almaq üçün tikilən nəhəng divarın inşası prezident Donald Tramp tərəfindən zəruri hesab edilsə də, bu divarın tikintisini davam etdirmək üçün gərəkli vəsait mövcud deyil. Məhz bu səbəbdən də hərbi layihələrə ayrıəlan vəsaitləri böyük ölçüdə ixtisar edən Tramp, divarın tikintisini bu pullar hesabına davam etdirmək niyyətindədir. Bunun F-35 təyyarələri də daxil olmaqla, bir sıra müasir təyyarə-raket texnologiyalarının modernləşdirilməsi üçün nəzərdə tutulan layihələri də “vurması” ABŞ konqresi, xüsusilə də hərbi dairələrdə ciddi narazılığa səbəb olub.

Hərbi mütəxəssislər hesab edir ki, Trampın Meksika ilə bütün sərhəd zonasını əhatə edəcək nəhəng səddin tikintisinə bunca vəsait ayırması, xüsusilə də bu vəsaiti hərbi büdcəni azaltmaq hesabına təmin etmək cəhdi, ABŞ-ın müdafiə qabiliyyətinə zərər vurur, onun imkanlarını məhdudlaşdırır. Ekspertlərin qənaətincə, əgər bir hissəsi çəkilən və tikintisi davam edən nəhəng divar kompleksinə maliyyə vəsaitlərinin ayrılması davam edərsə, bu, maliyyə baxımından ABŞ-a Vyetnam müharibəsindən daha baha başa gələcək. Bu isə sülh dövrünü yaşayan ABŞ üçün böyük və lazımsız itkidir.

Xatırladaq ki, ötən il ABŞ-da sərhəd divarını maliyyələşdirmək üçün hərbi tikinti layihələrindən təqribən 3,6 milyard dollar, hərbi narkotiklərə qarşı mübarizə proqramlarından isə 2,5 milyard dollar vəsait ayrılsa da, işin xeyli hissəsi görülməmiş qalır.

Rubrika.Az
Geri qayıt